Ərdoğan: “Bayden administrasiyası Suriyada faciəyə son qoymaq üçün bizimlə çalışmalıdır”
Co Bayden administrasiyası verdiyi vədlərə əmək edərək, Suriyada faciəyə son qoymaq və demokratiyanı müdafiə etmək üçün bizimlə birgə çalışmalıdır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Bloomberg”də yazıb.
O bildirib ki, Suriyada sülh və sabitliyin yenidən bərpası üçün Qərb Türkiyəni səmimi şəkildə dəstəkləməlidir: “Qürurla deyə bilərəm ki, Suriyada vətəndaş müharibəsi başlayandan etibarən Türkiyənin mövqeyində hər hansı dəyişiklik olmayıb”.
Ərdoğan qeyd edib ki, Suriyanın ərazi bütövlüyünə hörmət göstəriləcəyi təqdirdə davamlı sülh əldə edilə bilər.
Türkiyə Prezidenti vurğulayıb ki, Qərb Suriyada təhlükəsiz bölgələrə hücum edən YPG-yə qarşı konkret mövqe nümayiş etdirməlidir.