Yanvarın 25-dən ticarət obyektləri açılacaq – QƏRAR/Detallar

Yanvarın 25-dən ticarət obyektlərinin fəaliyyətinə icazə veriləcək.

Bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində ticarət obyektlərinin fəaliyyətinə (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla) icazə veriləcək.

Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində  şəhərlərarası və rayonlararası hərəkət bərpa olunacaq.

Qərara əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə xüsusi karantin rejiminin sonunadək məhdudiyyət tətbiq olunacaq.

Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlərin fəaliyyətinə icazə verilir. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *