Yanvar ayında ölkədə qeydə alınan boşanma və nikahların sayı açıqlanıb
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin ilk ayında 2 717 nikah qeydə alınıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, yanvarda 1 179 boşanma halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,2, boşanmaların sayı isə 1,4 olub.