“Volvo” 461 min avtomobili geri çağırır

İsveçin aparıcı avtomobil istehsalçısı – “Volvo” şirkəti təhlükəsizlik yastıqlarındakı problemlə bağlı dünya üzrə 460,7 mindən çox avtomobili geri çağırır.

Bunlar 2000-2009-cu illərdə buraxılmış “S60” və “S80” modelləridir.

Onların yarıdan çoxu ABŞ-da satılıb.

Xatırladaq ki, daha əvvəl şirkət təhlükəsizlik kəmərlərindəki nasazlıqdan dolayı 2006-2019-cu illərdə istehsal olunmuş “S60”, “S60L”, “S60CC”, “V60”, “V60CC”, “XC60”, “V70”, “XC70”, “S80” və “S80L” modellərindən olan2,1 milyona yaxın avtomobili geri çağırmışdı.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *