Vətən Müharibəsində ağır yaralanan hərbçimiz şəhid oldu

Vətən Müharibəsində ağır yaralanan daha bir hərbçimiz şəhid olub.

Beş aydır hospitalda müalicə olunan əsgər Balakişiyev Zamin Dadaş oğlu vəfat edib.

Həkimlər bütün müdaxilələrə rəğmən, onun həyatını xilas edə bilməyiblər.

Şəhidimiz bu gün Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Z.Balakişiyev Prezident İlham Əliyevin sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *