Vətən müharibəsi dövründə mühəndis qoşunlarının 27 hərbçisi şəhid olub, 143 nəfər yaralanıb

“Vətən müharibəsi dövründə mühəndis qoşunlarının 27 hərbi qulluqçusu döyüş əməliyyatlarında şəhid olub”.

Bunu jurnalistlərə açıqlamasında mühəndis qoşunları komandanın müavini polkovnik Ceyhun Cəfərov deyib.

O bildirib ki, döyüşlər zamanı mühəndis qoşunlarının 143 hərbi qulluqçusu yaralanıb: “Hərbi qulluqçularımızın göstərdiyi peşəkarlıq Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilib. Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətə, o cümlədən döyüş meydanında vəzifə borcunun layiqincə yerinə yetirdiyinə görə mühəndis qoşunlarının 30 nəfərdən çox hərbi qulluqçusu ordenlə, 400-dən çox hərbi qulluqçusu isə müxtəlif medallarla təltif edilib”.

Polkovnik C. Cəfərov Müdafiə naziri tərəfindən 300 nəfərdən çox hərbi qulluqçusunun da medalla təltif edildiyini vurğulayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *