Uzunmüddətli müstəvidə aparılan xarici PR hazırda bəhrəsini verir.
1990-cı illərdə Azərbaycanın yeni müstəqillik əldə etdiyi dövrdə xarici ölkələrdə kifayət qədər sosial bazasının olmaması onun ilkin mərhələdə erməni lobbisinin dəstəyi ilə ölkəmizin günahkar qismində tanınmasına səbəb olmuşdu. Lakin zamanla xaricdə yaşayan soydaşlarımızın həmrəyliyə cəlb olunması və vahid ideologiya ətrafında birləşməsi, eyni zamanda beynəlxalq ictimaiyyətin Azərbaycanın yanında yer almasına səbəb oldu.
Xaricdə səfirlik və diaspora fəaliyyətinin təşkili informasiya müharibəsində Azərbaycanın Ermənistanı üstələməsinə səbəb olur. Zaman-zaman Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla artıq mövqe üstünlüyü tam olaraq Azərbaycandadır.
PR strategiyasında üstünlük qazanmamızın bəzi səbəbləri var:
- Xaricdə yaşayan və diasporalara cəlb olunan azərbaycanlıların sayının kəskin artımı
- Azərbaycan Xarici İşlər Nazirliyi və Diaspora Komitəsinin yeni strategiyası
- Tələbə və gənclərin sosial şəbəkə üzərindən aktivliyi
- Hüquqi müstəvidə Azərbaycanın ərazi bütövlüyünün təminatına haqqının olması
“Iqtisadchi.az”la qalın!