“Ukrayna Beynəlxalq Hava Yolları” Bakıya uçuşların sayını artırır
“Ukrayna Beynəlxalq Hava Yolları” şirkəti (MAU) Kiyev-Bakı-Kiyev marşrutu üzrə reyslərin sayını artırır.
Bu barədə Ukraynanın milli aviadaşıyıcısına istinadən xəbər verilir.
Məlumata görə, sabahdan başlayarq hər həftənin çərşənbə axşamı günləri, iyulun 24-dən başlayaraq isə hər həftənin şənbə günləri Ukrayna paytaxtından Azərbaycan paytaxtına və geriyə əlavə aviareyslər yerinə yetiriləcək.