Türkiyə Prezidenti: “Avropa İttifaqına tam üzv olmaqdan heç vaxt vaz keçməmişik”
“Təxminən 60 ildir Avropa İttifaqına (Aİ) tam üzv olmaq üçün mübarizə aparırıq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aİ ölkələrinin Türkiyədəki səfirlərinə müraciətində deyib.
“Bu qədər ikili standart və haqsızlığa baxmayaraq, təşkilata tam üzv olmaqdan heç vaxt vaz keçməmişik”, – deyə Türkiyə Prezidenti qeyd edib.