Türkiyə və İran dövlət başçıları Qarabağdakı vəziyyəti müzakirə edib.
Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. Dövlət başçıları danışıq zamanı Qarabağ müharibəsini müzakirə edib.
Hər iki ölkənin rəsmi mənbələrindən verilən məlumata görə, telefon danışığı zamanı Suriyanın hazırki vəziyyəti barədə də fikir mübadiləsi aparılıb.