Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb
Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 56 milyon ABŞ dolları və yaxud 0,1 % artaraq 100,214 milyard ABŞ dolları təşkil edib.
Bu barədə qurumun hesabatında bildirilir.
Məlumata görə, valyuta ehtiyatlarının 40,595 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 323 milyon ABŞ dolları, yaxud 0,8 % azdır.
Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 379 milyon ABŞ dolları, yaxud 0,6 % artaraq 59,619 milyard ABŞ dolları təşkil edib.