Türkiyə KİV: “Taxıl sazişi” ilə bağlı irəliləyiş əldə olunub”

“Taxıl sazişi” ilə bağlı irəliləyiş əldə olunub”.

Bu barədə Türkiyə Prezidenti yanındakı mənbələr bildirib.

Qeyd olunub ki, prosesin Rusiyanın iştirakı olmadan inkişafı doğru olmaz.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında əksər ölkələr Rusiyanı “Taxıl sazişi”nin müddətini uzatmağa çağırıb. Sənədin müddəti iyulun 17-də başa çatıb və Moskva hələlik iştirakını yeniləmək niyyətində olmadığını açıqlayıb.

Rəsmi Moskvanın bu ay dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) “Taxıl sazişi”ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb.

Türkiyə xarici işlər naziri Hakan Fidanın bu günlərdə Ukrayna və Rusiyaya səfər edəcəyi, həmkarları ilə sözügedən məsələni müzakirə edəcəyi gözlənilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *