Türkiyə Müdafiə Nazirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib
“29 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən Azərbaycan türkü qardaşlarımızın ağrısını ürəyimizdə yaşamağa davam edirik”.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşımında bildirilib.
“Beşikdəki körpələri belə öldürməkdən çəkinməyən caniləri unutmadıq və unutdurmayacağıq! Xocalıda şəhid olan bütün soydaşlarımıza Allahdan rəhmət diləyirik!”, – deyə qeyd olunub.