Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçılarının Ankarada görüşü keçiriləcək
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun bu ilin 23 fevral tarixində Ankarada keçiriləcək Azərbaycan Respublikası – Türkiyə Respublikası – Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə Ankaraya işgüzar səfəri nəzərdə tutulur.
Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib.