Türk lirəsinin məzənnəsi tarixi minimumu yeniləyib
Türkiyənin milli valyutası olan lirənin ABŞ dollarına qarşı məzənnəsi tarixi minimumu yeniləyib.
Hazırda 1 dollar 8,05 lirə təşkil edir. Əvvəlki rekord göstərici oktyabrın 22-də qeydə alınmışdı – 7,97 lirə.
“Bloomberg” Türkiyənin milli valyutasının ucuzlaşmasını Ankaranın Azərbaycan və Ermənistan arasındakı münaqişəyə cəlb oluna biləcəyi riski ilə əlaqələndirir.