Tramp: “Putinlə çox yaxşı yola gedirdim, o məni, mən də onu bəyənirdim”

President Donald Trump during a campaign rally at the Target Center in Minneapolis-Saint Paul, MN, Thursday, Oct. 10, 2019. (Photo by Doug Mills/The New York Times)NYTCREDIT: Doug Mills/The New York Times

ABŞ-ın sabiq Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərindən danışıb.

Bu barədə Donald Tramp “Fox News” kanalına müsahibəsində deyib.

“Mən Prezident Putinlə çox yaxşı yola gedirdim, onu bəyənirdim, o da məni bəyənirdi. Bu, yaxşıdır, pis bir şey deyil”, – deyə Donald Tramp bildirib.

ABŞ-ın keçmiş Prezidenti Şimali Koreya Prezidenti Kim Çen Inla da münasibətlərinə toxunub.

“Mən prezident seçilməzdən qabaq Şimali Koreya ilə münasibətlər pis idi, müharibə ola bilərdi. Lakin müharibə olmadı, bu, yaxşıdır”, – deyə Donald Tramp qeyd edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *