“Tezliklə ofisim Xankəndidən fəaliyyət göstərəcək – Tural Gəncəliyev

“Tezliklə ofisim Xankəndidən fəaliyyət göstərəcək”.

Bunu Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri,  Milli Məclisin deputatı Tural Gəncəliyev tvitter hesabında yazıb.

O qeyd edib ki, hazırda şəhərdə yeni ofis binası üçün mümkün yerlər nəzərdən keçirilir.

T.Gəncəliyevin sözlərinə görə, deputat kimi Xankəndinin bütün sakinlərini təmsil edir:

“Etnik mənşəyindən asılı olmayaraq, hər kəsə yaxşı xidmət etmək üçün əlimdən gələni edəcəyəm!”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *