Tbilisidə müxalifətin mitinqi başlayıb
Tbilisidə müxalifət partiyaları Gürcüstanın hökumət binasının qarşısında mitinq keçirirlər.
Aksiyada Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın həbsinə etiraz bildirilir.
Əraziyə polis qüvvələri cəlb olunub, təhlükəsizlik tədbirləri gücləndirilib.Mitinq iştirakçıları N.Meliyanın azad olunması və növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.Müxalifət aksiyada gələcək planlarını açıqlayacaq.