Tanışlıqla işədüzələnlər… Rəhbərin yaxın çevrəsi…

Real iqtisadi vəziyyətdə rəhbər şəxslər müəssisə daxilində özlərinə yaxın və ya maraqları ortaq olan insanlarla işləməyə üstünlük verir. Dünya təcrübəsində bu proses “Frend at kourt”, yəni “iş yerində tanışlıq” amili kimi qəbul edilir. Belə ki, iş yerində rəhbər şəxslər müyyən şəxsi və ya iqtisadi maraqlar çərçivəsində öz yaxın çevrəsindən olan insanları müəssisənin əmək prosesinə cəlb etməyə başlayırlar. Türkiyədə bu tip işçilər xalq arasında “torpilli” adlandırılır. Sual yaranır. Bəs, iş yerində tanışlıq amili hər zamanmı özünü doğruldur?

Avstraliyanın Monaş universitetində aparılan araşdırmaya əsasən, “Status və verilən siqnal” meyarına görə “İş yerində tanışlıq” amilinin bir sıra müsbət və mənfi tərəfləri var. Araşdırmaya görə, daha böyük iqtisadiyyatlara malik ölkələrdə bu amil işçinin faydalılıq amilini üstələmir və işçinin müəssisə üçün effektivliyi qane etməzsə, rəhbərliklə münasibətlərindən asılı olmayaraq o, xaric edilir. Qərar zamanı “tanışlıq” amili əsasında qəbul edilən işçinin bəzi meyarları nəzərə alınır:

  • Loyallıq səviyyəsi
  • İşi qavrama qabiliyyəti
  • Əmək prosesinə inteqrasiya sürəti
  • Heyətin ona qarşı münasibəti
  • Ədalətlilik prinsipi

Müasir dövrümüzdə, rəhbər-işçi münasibətlərinin əmək prosesində yaxınlaşması hallarına daha çox rast gəlinir. Mütəxəssislər bu tip əlaqəni işin effektivliyi üçün daha münasib hesab edir. Belə ki, effektivlik səviyyəsi müsbət olan işçilərin Loyallıq səviyyəsi qaneedici olduqda onların rəhbərliklə münasibətləri müsbət istiqamətdə dəyişir. Bu tip işçilər birbaşa tabe olduqları şəxslərin karyera pillərlərində irəliləməsi üçün daha çox çalışır. Rəhbərlər vəzifə pillələri üzrə irəlilədikcə, özlərinə daha yaxın olan kadrı da cəlb etməyə başlayır və nəticədə, tanışlıq meyarı üzrə işəqəbulun yeni forması yaranır.

MARKUS ERB – Əmək məsələləri üzrə kiçik konsultant

“Kadrın sadiqliyinin yoxlanılmasının ən effektiv yolu onunla şəxsi və səmimi söhbətlərin aparılmasıdır. Onunla bağlı fikirlərinizi və gələcək planlarınızı müzakirə edin. Qarşılaşa biləcəyiniz problemləri qeyd edin. Bu zaman işçinin verilən informasiyalara münasibəti və növbəti mərhələdə davranış tərzi onun loyallıq səviyyəsinin ölçülməsinə imkan verəcək.”

Azərbaycanda da “İşə qəbulda tanışlıq” amilinin yeni forması tətbiq olunmağa başlayıb. Belə ki, aparılan uğurlu kadr islahatlarından sonra müəssisələrdə effektivlik səviyyəsi daha çox olan insanların təmsil olunduğunun şahidi olmaq mümkündür. Effektivlik səviyyəsi aşağı olan şəxslər karyera uğursuzluqlarını “frend at kort” nəzəriyyəsi ilə əlaqələndirməyə çalışsalar da, mütəxəssislər bu tip şəxslərin öz üzərlərində daha çox işləyərək iş yerləri uğrunda mübarizə aparmasını tövsiyyə edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *