Təhsil naziri: “Nazirlər Kabinetinin qərarı repititorlara aid deyil”
“Nazirlər Kabinetinin qərarı yalnız təhsil müəssiəslərinə aiddir. Repititor və digər təhsillə məşğul olan qurumlara aid edilmir”.
Bu fikirləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, hazırda iqtisadi fəaliyyətə təsir edəcək məhdudiyyətlərə əl atılmayıb.