Şuşa ilə bağlı qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub
Bu gün Milli Məclisin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin birgə iclası keçirilib.
İclasda “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi müzakirə edilib.
Müzakirələrdən sonra yeni qanun layihəsi birinci oxunuşda Milli Məclisin sabah – mayın 25-də keçiriləcək plenar iclasına tövsiyə olunub.
Qeyd edək ki, sənəd üç oxunuşda müzakirəyə çıxarılacaq.