“S&P”: Qlobal islam maliyyə sektoru böyüyəcək

Hazırda təxminən 2,2 trln. ABŞ dolları dəyərində olan islam maliyyə sektorunun (islam maliyyələşdirməsi sektoru) 2021-2022-ci illərdə 10-12% böyüməsi proqnozlaşdırılır.

Sözügedən proqnoz “S&P Global Ratings” (“S&P”) beynəlxalq reytinq agentliyi tərəfində verilib.

Qeyd edilir ki, artan islam şərtləri ilə istiqraz buraxılışı və əsas islam maliyyə bazarlarında müşahidə edilən orta səviyyəli iqtisadi canlanma sözügedən böyüməni təmin edəcək.

“S&P”yə görə, islam maliyyə sistemi COVID-19 pandemiyasının zərərli təsirlərinə baxmayaraq, 2020-ci ildə böyüməyə davam edib və sektorun aktivləri ötən il 10,6% artıb (2019-cu ildə 17,3% artmışdı). Bundan əlavə, sektorun iqtisadiyyatın şaxələndirilməsi üzrə planları sürətləndirdiyi üçün ipoteka və biznes kreditlərin artacağı gözlənilən Səudiyyə Ərəbistanından da dəstək alacağı gözlənilir.

Reytinq agentliyi qeyd edir ki, şirkətlər və hökumətlər arasında yüksək likvidlik və davamlı maliyyələşdirmə ehtiyacları sayəsində islam istiqrazlarının emissiyası 140-155 mlrd. dollara qədər artacaq.

Qeyd edək ki, islam bankçılığında və ya islam maliyyə sistemində keçirilən əməliyyatlar yalnız real, yəni göz önündə olan aktivlərə əsaslanan, şəriət qaydalarını özündə ehtiva edən bir iqtisadi mexanizmdir. Faizlər və ya artım (“riba”) qadağandır və əməliyyatlar xeyir və zərərdə “müştərəklik” prinsipi əsasında həyata keçirilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *