SOCAR-ın yeni istiqrazlarına tələb təklifi 4 dəfəyə yaxın üstələyib
Bu gün “Bakı Fond Birjası” QSC-də Dövlət Neft Şirkətinin (SOCAR) 100 milyon ABŞ dolları dəyərində yeni istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Məlumata görə, hərraca hər birinin nominal dəyəri 1 000 dollar olan 100 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz çıxarılıb. Qiymətli kağızlar əsas bazar seqmentində investorlara təklif olunub.
İstiqrazlara 754 investor ümumi məbləği 380,614 milyon dollar təşkil edən 761 sifariş təqdim edib və yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 5 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 4,5%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “PSG-Kapital İnvestisiya Şirkəti” QSC-dir.