SOCAR-ın istiqrazları üzrə üçtərəfli market-meyker müqaviləsi bağlanılıb

Dövlət Neft Şirkətinin (SOCAR) noyabrın 1-də “Bakı Fond Birjası” QSC-də (BFB) “PSG-Kapital İnvestisiya Şirkəti” QSC-nin anderrayterliyi ilə yerləşdirdiyi, noyabrın 2-dən isə təkrar bazar əməliyyatlarına start verilmiş yeni istiqrazları üzrə tərəflər arasında üçtərəfli market-meyker müqaviləsi bağlanılıb.

Məlumatda deyilir ki, bu müqavilə ilə qiymətli kağızların təkrar bazarda likvidliyi təmin edilir. Belə ki, SOCAR investisiya şirkəti vasitəsilə gündəlik alış-satış öhdəliyi götürüb. Şirkət təkrar bazarda satışa çıxarılan istiqrazları tam şəkildə BFB-nin ticarət reqlamentinə uyğun olaraq birja üzvünün təqdim etdiyi kotirovkalar vasitəsi ilə təmin edəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *