SIPRI: Azərbaycan son illərdə hərbi imkanlarını genişləndirib
Azərbaycan son illər ərzində əsas silahların idxalı yolu ilə hərbi imkanlarını genişləndirib.
Bu barədə məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yeni hesabatında dərc olunub.
Bildirilib ki, 2016-2020-ci illərdə Azərbaycan əsas silahların 69%-ni İsraildən idxal edib.
Qeyd olunub ki, 2016-2020-ci illərdə Ermənistanın silah idxalının 94%-i Rusiyanın payına düşüb.