Samir Şərifov: “Növbəti il kontur-tsikl büdcə siyasəti davam etdiriləcək”
“Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə pandemiya ilə mübarizə sahəsində genişmiqyaslı tədbirlər həyata keçirilib və keçirilməkdədir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, çarpayı fondu artırılıb, yeni cihazlar, avadanlıqlar alınıb, yeni xəstəxanalar tikilib, xaricdən mütəxəssislər cəlb edilib, xaricdə istehsal edilən peyvəndin ilk sifarişçisi olmağımız təmin olunub: “2021-ci il və sonrakı 3 il üçün dövlət və icmal büdcələrinin layihələri ölkənin qeyri-neft sektorunun davamlı inkişafı və dövlətin iqtisadi inkişafı və s. kimi layihələr əsas götürülməklə hazırlanıb. Növbəti il kontur-tsikl büdcə siyasəti davam etdiriləcək. Xəstəliklə mübarizə üçün vaksinasiyaya artıq gələn ilin əvvəlindən başlanılacaq. Ancaq dövlət tərəfindən iqtisadiyyata əlavə pul təklifi iqtisadi fəallığı canlandırmaq, Qarabağın, işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına sürətli transfertinin həyata keçirilməsi üçün davam edəcək”.