Sahibkarlığın İnkişafı Fondu bu il 54 milyon manat güzəştli kredit verib

Sahibkarlığın İnkişafı Fondu bu il 54 milyon manat güzəştli kredit verib

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu özəl sektora dövlət dəstəyi çərçivəsində bu il 1 384 layihənin maliyyələşdirilməsinə 53,9 milyon manat güzəştli kredit veriib.

Bu barədə nazir Mikayıl Cabbarov məlumat verib.

“Kreditlərin layihə sayı üzrə 99,9%-i, kreditin məbləği üzrə 96,3%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür. Verilmiş kreditlər 1 379 yeni iş yerinin yaradılmasına imkan verir”, – deyə o, qeyd edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *