Rusiyanın daha bir aviaşirkəti Bakıya uçuşlar həyata keçirmək istəyir
![](https://iqtisadchi.az/wp-content/uploads/2021/10/red-wings.jpg)
Rusiyanın “Red Wings” aviaşirkəti gələn il ölkənin Yekaterinburq şəhərindən Bakıya uçuşlar həyata keçirmək istəyir.
Bu barədə aviaşirkətin baş direktoru Yevgeni Klyuçarev məlumat verib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi aviadaşıyıcı 2022-ci ildə ümumilikdə 30 beynəlxalq və regional istiqamətdə reyslər yerinə yetirməyi planlaşdırır. Bununla belə, son qərar epidemioloji vəziyyətdən asılı olacaq.
Xatırladaq ki, “Red Wings” 1999-cu ildə yaradılıb.