Rusiyalı senator: “Fransa Senatının Dağlıq Qarabağla bağlı qərarı hökumət üçün…”
“Fransa Senatının Dağlıq Qarabağla bağlı qərarı hökumət üçün elə tövsiyə olaraq qalacaq”.
Bunu Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin sədri Konstantin Kosaçov deyib.
Onun sözlərinə görə, Fransa Senatının məlum qətnaməsini daha çox Paris və Ankara arasındakı fikir ayrılıqları diktə edib: “Paradoksal səslənə bilər, amma Fransa Senatının qərarının fransız həmkarlarımızın səmimi duyğularını başa düşərək, həm də Türkiyə ilə əlaqəli olduğuna dair bir şübhəm var”.
K. Kosaçov qeyd edib ki, Senatın qərarı hələlik nümayişdən başqa bir şey deyil: “Məlum təşəbbüsün hökumətə tövsiyə kimi qəbul olunması elə tövsiyə olaraq da qalacaq. Bəlkə də bu daha yaxşıdır – nəticədə, Dağlıq Qarabağ ətrafındakı vəziyyət, ilk növbədə, ikitərəfli Azərbaycan-Ermənistan siyasi dialoqunun mövzusu olaraq qalmalıdır. Ultimatumsuz və güc ssenariləri olmadan”.