Rusiyada təyyarə qəzasında ölənlərin adı açıqlanıb, onların arasında Priqojin də var

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Tver vilayətində qəzaya uğrayan “Embraer” təyyarəsinin göyərtəsində olan sərnişinlərin və ekipaj üzvlərinin adlarını açıqlayıb.

Siyahıda Yevgeni Priqojin və Dmitri Utkinin də adları yer alır.

Təyyarənin göyərtəsində həmçinin Sergey Propustin, Yevgeni Makaryan, Aleksandr Totmin, Valeri Çekalov, Nikolay Matyuseev və üç ekipaj üzvü: təyyarə komandiri Aleksey Levşin, ikinci pilot Rüstəm Kərimov və stüardessa Kristina Raspopova da olub.

Bildirilib ki, qəza nəticəsində 3 nəfər heyət üzvü və 7 sərnişin həlak olub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *