Rusiya və İran Ermənistanın “çörəyi”ni verir. Bəs onların “çörəyi”ni kim verir?

Rusiya və İran Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə illərdir təsir göstərən iki regional gücdür. “Rusiya bizim silahımızı verirsə, İran çörəyimizi verir” deyə Ermənistanda illərdir mövcud olan deyim var. Amma artıq münaqişə 27 ildir ki, davam edir və Azərbaycan hazırda öz tarixi torpaqlarını geri qaytarmaq üçün bölgədə ciddi hərbi əməliyyatlar aparır.

Bu müstəvidə rəsmi Bakıya mane olmağa çalışan bir çox beynəlxalq və regional güclər mövcuddur. Ermənistan paralel olaraq həm ruspərəst, həm də qərbpərəst siyasi və sosial çıxışlar etməsi onların beynəlxalq aləmdə dəstək almasına səbəb olur. Amma ermənilərin qərbpərəst siyasət aparması bir super gücü diqqətdən qaçırmasına səbəb olur.

ÇİN!

Çin iqtisadi cəhətdən dünyanın ən güclü iqtisadiyyatı olmağa yaxındır. Amma Uzaq Şərq ölkəsi siyasi cəhətdən hələ ki, qlobal təzyiqini göstərmir. Çin artıq iqtisadi cəhətdən dünyan ölkələrinin 48 faizini özündən asılı vəziyyətə salıb (mənbə: CIS). Rusiya və İran da qərbin sanksiyaları səbəbindən hazırda rəsmi Pekinin dəstəyinə ehtiyac duyur. İran iqtisadiyyatı bu müstəvidə xüsusilə fərqlənir. Rusiya isə Çinə ixrac etdiyi enerji resursları ilə xeyli gəlir əldə edir və buraya özünü əsas satış və idxal bazarı kimi baxır. Çin “Bir kəmər, bir yol” layihəsi çəçivəsində İpək Yolu üzərində olan bütün dövlətləri öz ətrafında toplayır. Uzaq şərqdə “əjdahalar ölkəsi” özünə rəqib tanımır. Belə ki, Yaponiya iqtisadiyyatı başda olmaqla, Cənubi Koreya, Sinqapur və Avstraliya kimi ÜDM artımına görə regionun əsas dövlətləri bazar rəqabətində Çin məhsullarına davam gətirmir. Çin ümumiyyətlə inteqrasiya etdiyi istənilən bazar seqmentində tez bir zamanda lider dövlətə çevrilir. Rusiya da daxili istehsalatda Çindən idxal etdiyi məhsullardan aktiv istifadə edir. Məsələn, Rusiyanın istehsal etdiyi hərbi texnikaların daxili detalları və çiplərinin böyük hissəsi Çin istehsalıdır. Eyni zamanda çinlilərin rus infrastrukturuna etdiyi yatırımlara görə fərqlənirlər. Bütün bu amillər Moskva və Tehranın iqtisadi cəhətdən Çinin təsiri altına düşməsini sürətləndirir.

Sual yaranır: Bəs Azərbaycan bu münasibətlərdən necə faydalana bilər?

Azərbaycan Çinlə uzunmüddətdir siyasi və iqtisadi cəhətdən yaxın əlaqələr qurub. İş adamlarımızın Çin daxili bazarlarında idxal məqsədli fəaliyyəti kifayət qədər çoxdur. Eyni zamanda son zamanlar dövlət səviyyəsində də rəsmi Bakı Çinlə yaxın iqtisadi və siyasi əlaqələrin qurulmasında maraqlıdır.

Prezident İlham Əliyevin 2018-ci ildə Çinə rəsmi səfəri zamanı ölkə başçısı Si Cin Pinlə görüşündə qarşılıqlı diplomatik və iqtisadi münasibətlərdə böyük üstünlük əldə etmişdir. Belə ki, Çinin bir çox tanınmış şirkəti Azərbaycana investisiya yatırmaqda maraqlı olduqlarını diqqətdə çatırmışdır. Bu tip iqtisadi və biznes münasibətlərində yaxınlaşmanın Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa rolu ola bilərmi?

Azərbaycanın Çin üçün önəmi nə ola bilər?:

  • Azərbaycan bütün seqmentlər üzrə Cənubi Qafqaz regionunun ən güclü dövlətidir. Çin tərəfdaş və satış bazarı kimi bu dövlətləri sülh şəraitində görmək istəyir. Azərbaycanla qurulacaq müsbət diplomatik əlaqələr Çinin regionda Azərbaycanı dəstəkləməsinə səbəb ola bilər
  • Azərbaycanlılar Çinə ticarət məqsədilə aktiv səyahət edir. Ölkəmizin Orta Asiya dövlətləri ilə yaxşı əlaqələrinin olması gələcəkdə Xəzər dənizi üzərindən Qərbə yeni ticarət yolunun salınmasına imkan verə bilər.
  • Azərbaycan orta yaşam səviyyəsinə görə regionun digər 2 dövlətini 3 dəfə və üzəri üstələyir. Çin öz məhsullarının buradakı təbliğində maraqlı ola bilər.

Bəs Çinin Azərbaycan üçün əsas önəmləri nədir?:

  • Çində erməni lobbisi hələ ki, ciddi mövqe yarada bilməyib. Halbuki azərbaycanlıların burada sosial bazası kifayət qədər güclü və effektivdir.
  • Çin hazırda ən güclü iqtisadi dövlətlərdən biri kimi yaxın zamanlarda siyasi gücünü sərgiləyəcək. Əgər bu baş verərsə, bir çox regionlarda rəsmi Pekin söz sahibinə çevriləcək. Çin yerli modelə sahib komunist ölkəsidir. Əgər Pekin siyasi gücünü sərgiləməyə başlarsa, Post Sovet ölkələrində olan mübahisəli məsələləri həll etməyə başlayacaq və bununla da dünyada bütün konfliktlərin əsas “solver”i kimi çıxış edəcək.
  • Çin rəsmi sənədlərə əsasən Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Uzaq Şərq ölkəsinin özü də Dağlıq Qarabağ probleminə bənzər məsələ ilə Honq-Konq və Tayvanda qarşı-qarşıyadır. Bu regionları da nisbi şəkildə rəsmi Pekin seperatçı olaraq görür və inadla onların birləşdirilməsini istəyir. Bu trendlə Çin Azərbaycanı dəstəkləyəcək.
  • Çin Qərbə meydan oxuyan əsas güclərdən olaraq, Ermənistanı dəstəkləyən xristian ölkələrinə əks mövqedə dayanmağa çalışacaq. Çin xristian ölkəsi deyil və daxildə xristianların dəstəyini qazanmağa meyilli siyasət yürütməyəcək. Bu səbəbdən ermənilər rəsmi Pekinlə yaxınlaşmaq üçün xristian kartından istifadə edə bilməyəcək.
  • Ən əsası Çin rəsmi Moskva üzərində güclü təzyiq rıçaqlarına sahibdir. Rusiya hər nə qədər Ermənistanı dəstəkləməyə çalışsa da, Azərbaycan diasporu ilə yaxın əlaqə müstəvisində Çin Azərbaycanın ərazi bütövlüyünü tələb edərsə, Rusiya geriyə addım atmağa məcbur olacaq.
  • Çində sosial media yalnız yerli mənbələrdədir. Bu, insanların sosial media üzərindən informasiya müharibəsi aparmasını labüd etməyəcək və qərbdə aktual olan qeyri rəsmi şəxslərin qarşı tərəfi platformalar üzərindən dəstəkləməsinin qarşısını alacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *