Rusiya Şuşaya atılan “İskander-M”lə bağlı araşdırmalara başlayıb

“Rusiya və Azərbaycan hərbçiləri Bakının Dağlıq Qarabağda “İskəndər-M” raketlərinin qalıqlarının tapılmasına dair yaydığı məlumatlara bağlı müzakirələr aparırlar”.

Bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya və Azərbaycan prezidentləri arasında telefon danışığında “İskəndər”in qalıqlarının tapılması mövzusunun qaldırılıb-qaldırılmadığına dair sualı cavablandırarkən bildirib.

“Hərbçilərin xətti ilə sıx dialoq aparılır. Bütün müvafiq məsələlər müzakirə olunur”, – o deyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib ki, rusiyalı həmkarı Vladimir Putinlə Şuşada “İskəndər-M” raketlərinin qalıqlarının tapılması məsələsini müzakirə edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *