Rusiya Baş naziri Ermənistana səfər edəcək

Rusiya Baş naziri Mixail Mişustin Ermənistana iki günlük səfər edəcək.

Bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Mişustin Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün 24-25 avqust tarixlərində İrəvanda olacaq.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə Avrasiya İqtisadi Birliyinin inteqrasiya proseslərinin dərinləşdirilməsi məsələlərinin müzakirəsi planlaşdırılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *