Rusiya ABŞ-ın on diplomatını ölkədən çıxarır
![](https://iqtisadchi.az/wp-content/uploads/2020/11/rus-abs-1024x576.jpg)
ABŞ səfirliyinin 10 əməkdaşı Rusiya Xarici İşlər Nazirliyi (XİN) tərəfindən “persona non qrata” elan olunub.
Bununla bağlı nota ABŞ-ın Rusiyadakı səfirinin müavininə təqdim olunub.
Bildirilib ki, “persona non qrata” elan olunan şəxslər mayın 21-i günün sonunadək Rusiya ərazisini tərk etməlidirlər.
***