Rəqəmsal İnkişaf Nazirliyinin növbəti ilə Fəaliyyət Planı müzakirə ediləcək
Dekabrın 23-də, saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun bu ilin yekunlarına dair iclası keçiriləcək.
İclas onlayn formada (“Microsoft Teams” proqramı üzərindən) baş tutacaq.
İşçi qrupuna nazir müavini Rövşən Rüstəmov rəhbərlik edir. İclasda işçi qrupunun əvvəlki iclasında qərara alınmış tədbirlərin icra vəziyyəti haqqında hesabatın dinlənilməsi, Fəaliyyət Planında icrası tamamlanmamış tədbirlərin icra vəziyyəti və növbəti il üçün Fəaliyyət Planı layihəsinin müzakirə edilməsi nəzərdə tutulur.
Müvafiq təklif vermək arzusunda olan şəxslər https://azranking.az saytında “Onlayn müraciət” səhifəsinə daxil olaraq müraciət edə bilərlər.