Qlobal enerji balansında hidrogenin payı 25%-ə çata bilər
Qlobal enerji balansında hidrogenin payı 2050-ci il üçün 25%-ə çata bilər.
Bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak deyib.
Onun sözlərinə görə, yüksək xərc problemlərini həll etmək və nəqliyyatla əlaqəli çətinliklərin öhdəsindən gəlmək mümkün olduğu halda, hidrogenin enerji balansındakı payı 2050-ci il üçün 7-25%-ə çata bilər.