Qarabağ geri qaytarıldıqdan sonra nə baş verəcək?
Qarabağ geri qaytarılarsa, Azərbaycan iqtisadiyyatı üçün bu xammal və resurslardan istifadəyə geniş imkanlar yaradacaq. Bildiyimiz kimi, uzun illərdir Qarabağ iqtisadi regionunun təbii sərvətlərinin talanması səbəbi ilə ölkəmiz zona üzrə resursların istifadəsindən məhrum edilmişdi.
Hazırda ordumuzun uğurlarının davamı olaraq azad edilən və ediləcək regionların təbii resurslarına əl çatanlıq realizə olunur. Qarabağ özünün aqrar və mədənçilik sənayesi ilə seçilir. İşğaldan azad olunduqdan sonra region üzrə azərbaycanlı əhalinin iqtisadi fəaliyyətə cəlbi Qarabağın potensial istehsal gücünü artıracaq. Bu isə Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra ÜDM artımına təkan verəcək.
Regionun terrorçu qruplaşmalar tərəfindən qeyri qanuni istismarına son qoyulduqdan sonra, bölgədə sülh və əmin-amanlığın təmin olunması yeni investisiya cəlbini sürətləndirəcək.
Ardı var…
“Iqtisadchi.az”la qalın!