Putinin sözçüsü: “Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan çox etibarlı münasibətlərimiz var”

“Bizim Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan çox etibarlı, yaxşı münasibətlərimiz var”.

Bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov “Arqumetı i faktı” qəzetinə müsahibəsində bildirib.

“Bu münasibətlərin çoxsaylı qarşılıqlı faydalı aspektləri mövcuddur. Bizim Ermənistanla da yaxşı tarixi münasibətlərimiz var”, – o deyib.

D.Peskov hesab edir ki, Dağlıq Qarabağda müharibənin dayanmasında Rusiya Prezidenti Vladimir Putinin şəxsən rolu var və bunu hamı yadda saxlamalıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *