Putindən İsraillə Fələstinə çağırış
“Rusiya Fələstin və İsrailin zorakı hərəkətlərinə son qoymağı vacib sayır”.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin xarici ölkələrin Rusiyadakı səfirləri ilə görüşdə bildirib.
“Fələstinlilərlə israillilər arasında qarşıdurmanın başlaması artıq uşaqlar da daxil olmaqla çox sayda mülki itki ilə nəticələnib. Hər iki tərəfdəki zorakı hərəkətlərə son qoyulmasını və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında aktiv bir həll yolu tapmağı vacib hesab edirik”, – deyə Putin qeyd edib.