Putin: “Ümid edirəm ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək” -Video

“Ümid edirəm ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Valday klubu forumunda onlayn çıxışı zamanı bildirib .

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri növbəti dəfə bizə gəldilər. Ayın 23-də onlar Vaşinqtonda görüşəcəklər. Mən çox ümid edirəm ki, bizim amerikalı tərəfdaşlarımız bizimlə birlikdə hərəkət edəcək və  nizamlanmaya kömək edəcək. Daha yaxşısına ümid edəcəyik”, – deyə Rusiya prezidenti vurğulayıb.

“Rusiya hər zaman təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə malik olub”. 

“Ermənistan və Azərbaycan Rusiya üçün bərabər tərəfdaşdır. Bizim üçün orada insanların həlak olması faciədir”, – deyə Rusiya prezidenti vurğulayıb.

İstinad: APA.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *