Putin Paşinyanla görüşməyə tələsmir

Nikol Paşinyan və Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla dərhal danışığa başlaması vacib deyil.

Bunu Kremlin sözçüsü Dmitri Peskov martın 29-da Ermənistanın baş naziri Nikol Paşinyanın istefa verəcəyi ilə bağlı qərarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Nikol Paşinyanın aprel ayında istefa verəcəyi barədə qərar Vldimir Putinlə görüşün dərhal keçirilməsini vacib etmir.

D.Peskov liderlər arasında təmasların davam etdiyini də əlavə edib: “O, (Nikol Paşinyanı nəzərdə tutur – red.) vəzifəsini icra edəcək, ona görə də görüşlə bağlı ictimaiyyətə açıqlanan qərarın müzakirəsinə ehtiyac yoxdur”.

Məlumata görə, aprelin 7-də Nikol Paşinyanın Moskvaya işgüzar səfər edəcəyi və səfər çərçivəsində Vladimr Putinlə görüşəcəyi barədə xəbər yayılmışdı.

Xatırladaq ki, Nikol Paşinyan iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçirəcəyini və apreldə istefa verəcəyini bildirmişdi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *