Prezidentin köməkçisi: “Erməni diasporu qeyri-kommersiya və xeyriyyə qurumları adı altında orduya vəsait toplayır”

“Erməni diasporu qeyri-kommersiya və xeyriyyə qurumları adı altında silahlı qüvvələrinə vəsait toplayır”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

Onun sözlərinə görə, vəsait “Sərhədlər bizik – hər şey “Arsax” üçün” şüarı altında toplanır.

““Ermənistan Fondu”, AGBU, “Ontarionun erməni Kanada Tibb Birliyi”, “Erməni Kömək Fondu”, “Tufenkian” vəqfi, “Erməni Kömək Dərnəyi” bu prosesdə iştirak edir”, – deyə H. Hacıyev vurğulayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *