Portuqaliya hakim Qarabağın oyununa çıxmaqdan imtan edib. Səbəb…

Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Sivasspor” – “Qarabağ” matçının hakimlərinin dəyişdirilmə səbəbi açıqlanıb.

Portuqaliyadan olan hakimlər briqadasının isveçrəlilərlə əvəzlənməsi şəxsi problemlərdən qaynaqlanıb.

UEFA tərəfindən təyin edilən Joao Pineyro ailəvi problemləri əsas gətirərək, təyinatının dəyişdirilməsini xahiş edib. Məhz bu səbəbdən qitə futbol qurumu həm onu, həm də köməkçiləri Tyaqo Joze Pereyra Kosta ilə Pedro Ribeyronu Türkiyəyə göndərməmək qərarına gəlib.

Bu gün “Yeni 4 Eylül” stadionunda keçiriləcək görüşdə ədaləti isveçrəli Sandro Şarer qoruyacaq. Ona həmyerliləri Stefan de Almeyda və Bekim Zoqay yardım edəcəklər. UEFA yalnız 4-cü hakim olan portuqaliyalı Yanku Yoan Vasilisi dəyişməyib.

İstinad: APA.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *