Polis “Barselona”nın ofisində axtarışa başlayıb
İspaniyanın “Barselona” klubunda xoşagəlməz hadisə yaşanıb.
Polis klubun ofisində axtarış aparıb.
Hüquq-mühafizə orqanının bir neçə əməkdaşı iş günü başlayandan “Barselona”nın ofisindədir. Axtarışların səbəbi açıqlanmır. Ehtimal edilir ki, buna səbəb La Liqa təmsilçisinin sosial şəbəkələrdəki fəaliyyətidir.
Qeyd edək ki, martın 7-də “Barselona”nın prezident seçkiləri keçiriləcək.