Pikap və Toyotalar müharibələri necə dəyişdirdi?
Bildiyimiz kimi, ölkəmizdə pikap banlı avtomobillər və ümimiyyətlə hərbi mövzu son zamanlar gündəmdədir. Pikap avtomobillər, xüsusi olaraq Toyotolar hərb doktorinasına sürətlə daxil olmuş və bir sıra konfliktlərdə həlledici rol oynamışdır.
Hətta tarixdə böyük Toyota müharibəsi belə baş vermişdir(1987).
Chad ordusu bu müharibə zamanı Fransanın natamam hava dətəyi ilə özündən 3 dəfə böyük(Liviya 96 min – Chad 28 min) və tam silahlanmış Liviya ordusunu əzici məğlub etmişdir. Belə ki müharibə nəticəsində Chad tərəfi cəmi 1000 nəfər itki vermişdir. Qarşı tərəfin 7500 piyada 800 ədəd tank/zirehli transportyor, 30 a yaxın təyyarəsini məhv etmiş və 1000-ə yaxın texnikanı isə Chad tərəfindən ələ keçirilmişdir
Belə ki, bu texnikanın sürətli və etibarlı olması ilə yanaşı iqtisadi cəhətdən səmərəli olması assimetrik müharibə şəraitlərində özünü doğrultmuşdur.
Linkdə Toyota hilux birsıra ölüm testlərindən uğurla keçdiyi əks olunur.
Vur-və-qaç və ani hücum taktikası elə bil məhz bu texnikalar üçün yaradılmışdır.
Pikaplar Chad-Liviya, Somali vətəndaş müharibəsində, Əfqanıstan müharibəsində, Livanda, Liviyada,Suriyada Yəməndə baş vermiş konfliktlərdə geniş istifadə olunmuşdur.
Son dövrlərdə isə İŞİD terror qruplaşması bu texnikaları yenidən kəşf etmiş və bütün dünyada ana xəbər başlıqlarına gətirmişdir.
Bu texnikalar çox asan modifikasiya olunur və üzərinə kiçik çaplı pulemyotlar,iri çaplı pulemyotlar reaktiv yaylım atəş sistemləri, yivsiz toplar, roketlər, çoxlüləli hava hücumundan mühafizə qurğuları və tank əleyhinə idarə olunan roketlər quraşdırıla bilər.
Və sonda qeyd etmək istədim ki, pikaplar özünü hücum əməliyyatlarında effektiv, müdafiədə isə yararsız göstərmişdir.