“PayPal” Azərbaycanda tam fəaliyyət göstərəcək
ABŞ-ın və dünyanın iri elektron ödəniş sistemi – “PayPal”ın Azərbaycanda tam fəaliyyət göstərməsi üçün işlər aparılır
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziriliyinə məxsus “Azərpoçt” MMC ilə əməkdaşlıq memorandumunun imzalanması mərasimində bildirib.
“Hazırda “PayPal” ölkəmizdə qismən fəaliyyət göstərir. Onun tam fəaliyyət göstərməsi üçün müəyyən işlər görülməlidir. Xüsusilə, bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməlidir və təbii ki, bu işlərdə “Azərpoçt”un da rolu böyükdür”, – deyə o, qeyd edib.