Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.11:02

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Azərbaycana dövlət səfərinə yola düşüb.

Səfər çərçivəsində iki ölkə liderlərinin iştirakı ilə yüksək səviyyəli danışıqlar və digər tədbirlər keçiriləcək.

Görüşlər zamanı Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və prioritet istiqamətlər üzrə praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Danışıqların sonunda ikitərəfli sazişlərin imzalanması planlaşdırılır.

Ş.Mirziyoyevin Azərbaycana səfəri 2 gün davam edəcək və avqustun 23-də başa çatacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *