OPEC+ alyansının qərarları öncəsi neftin qiyməti dəyişir
İnvestorların OPEC+ alyansının qərarlarını gözlədiyi bir zamanda neftin qiyməti tərəddüdlü görünür.
Bakı vaxtı ilə saat 8.56-ya olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin sentyabr fyuçersləri 0,09% ucuzlaşaraq, 1 bareli 75,77 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,01% artaraq, 1 bareli 75,22dollar təşkil edib.
İnvestorlar alyansın dünən avqust ayının hasilat parametrləri haqqında qərar qəbul edəcəyini gözləsələr də, sonradan iclas bu günə keçirilib. OPEC+ alyansının Monitorinq Komitəsinin iclasının gecikməsinə səbəb BƏƏ-nin öz hasilat ixtisarı ilə razı olmamasıdır.
“Vanda Insights” şirkətinin təsisçisi Vandana Hari hesab edir ki, bu fonda Səudiyyə Ərəbistanı və Rusiya arasında razılaşma əldə olunacaq, amma BƏƏ-yə müəyyən güzəştlər edilə bilər.
Analitiklər gümnan edirlər ki, OPEC+ ölkələri avqust ayından etibarən gündəlik hasilatın 400 min barel artırılması ilə bağlı razılıq əldə edəcək.