“Onları ruslar gətirib. Ruslar da çıxarmalı idi” – Rus politoloqlar

Rusiya Aerokosmik Qüvvələrinin Mi-8 və Mi-24 helikopterləri Dağlıq Qarabağda münaqişə zonasında hərbi əməliyyatların dayandırıldığı rayonlara nəzarət edəcək.

Bu barədə bu gün Rusiya Müdafiə Nazirliyindən jurnalistlərə məlumat verilib.

Bildirilib ki, helikopterlər sülhməramlı əməliyyatlar zamanı Dağlıq Qarabağda atəşkəsə nəzarət bölgəsində havadan monitorinqi həyata keçirəcəklər.

Həmçinin alınan xəbərlərə əsasən, Azərbaycana qayatırlmalı olan Kəlbəcər, Ağdam və Laçın rayonlarının boşaldılması yolunda işlər də davam edir. Rus sülməramlıları bu missiyanın icrasını hazırda təmin edir.

Məsələyə şərh bildirən rusiyalı politoloqlar qeyd edib ki, XIX və XX əsrlər ərzində Qarabağa ermənilər məhz Rus imperiyasının dəstəyiylə gəlib və möhkəmlənib. Hazırda rəsmi Moskva erməniləri cəzalandıraraq tarixi səhvi düzəldir.

Qeyd olunub ki, helikopterlər həmçinin sülhməramlı qüvvələrin maddi-texniki təminatı və şəxsi heyətinin çətinliklə gedilə bilən rayonlara çatdırılmasına cəlb olunacaqlar.

Helikopterlər An-124 “Ruslan” hərbi-nəqliyyat vasitələrində İrəvana göndərilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *