Neftin qiyməti 1,5 dollaradək bahalaşıb
Dünya birjalarında neft qiymətləri 1,5 dollaradək bahalaşıb.
Hazırda Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barreli 42,69 dollara, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barreli isə 40,62 dollara alıcı axtarır.
Mənbə: AZƏRTAC